Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə keçirilən qanvermə aksiyasında 100-dək donor iştirak edib

04 oktyabr 2024 | 17:12

   Oktyabrın 4-də İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin dəstəyi ilə qanvermə aksiyası keçirilib. İmişli rayonunun Mərkəzi Xəstəxanasının inzibati binasında təşkil edilən aksiyada Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon sakinləri iştirak ediblər. Mərkəzi Qan Bankının həkim briqadası rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Gün ərzində davam edən humanitar aksiyada 100-ə yaxın könüllü donordan qan götürülüb. Tədarük olunan qan nümunələri Mərkəzi Qan Bankının laboratoriyasında yoxlanıldıqdan sonra irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq. Aksiya iştirakçıları həssas insanlar qrupu üçün donor qanının həyati məsələ olduğunu vurğulayıb, bu nəcib təşəbbüsə qoşulan könüllü donorlara minnətdarlıqlarını bildiriblər.

Keçidlər