Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə işəgötürənlərlə əməkdaşlıq məsələləri müzakirə edilib

04 avqust 2023 | 09:12

  Avqustun 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq filialı tərəfindən işəgötürənlərlə görüş keçirilib. İmişli rayonunda keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin nümayəndələri və müxtəlif sektorlardan olan işəgötürənlər iştirak edib. Görüşdə ərazi məşğulluq proqramının icrası çərçivəsində görülən işlər müzakirə edilib, Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı işəgötürənlərə məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib. Daha sonra sosial cəhətdən xüsusi kateqoriyaya aid olan şəxslərin məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi, işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili və digər məşğulluq tədbirləri haqqında işəgötürənlər məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər