Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə himayədar ailə institutunun inkişafına hədəflənən tədbir keçirilib

02 iyun 2026 | 19:03
    İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Himayədar ailə institutu və onun inkişaf perspektivləri” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir İmişli rayon N. Əzizalıyev adına Ölcələr kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Məmmədli Taciyəxanımın moderatorluğu ilə İmişli Rayon Heydər Əliyev Mərkəzində təşkil olunub.
   Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, təhsil işçiləri və digər iştirakçılar mövzu ətrafında çıxış edərək himayədar ailə institutunun əhəmiyyətindən, bu sahədə mövcud imkanlardan və rayonda potensial himayədar ailələrin müəyyənləşdirilməsi istiqamətində görülə biləcək işlərdən danışıblar. Tədbir çərçivəsində himayədar ailə institutunun mahiyyəti, bu sahədə əldə olunan nəticələr və uşaqların ailə mühitində böyüməsinin əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
   Eyni zamanda, himayədar ailələrin dəstəklənməsi mexanizmləri, uşaqların ailə mühitində böyüməsinin üstünlükləri və bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Müzakirələr zamanı iştirakçıların himayədar ailə olmaq üçün müraciət qaydaları, namizədlərə qoyulan tələblər, dövlət dəstəyi və uşaqların adaptasiya prosesi ilə bağlı sualları cavablandırılıb.
    Tədbirin sonunda uşaqların rifahının yüksəldilməsi və ailə institutunun gücləndirilməsi istiqamətində maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Keçidlər