Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalının təqdimatı baş tutub

17 aprel 2024 | 12:36
   Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi İmişli rayonunda da silsilə tədbirlərlə qeyd olundu. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib və prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunublar. Təltif olunanların siyahısında İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli Rayon təşkilatının sədri Səfa Ağayev, Azərbaycan Milli Məclisinin I çağırış üzvü Elmira Qasımova, rayonumuzun ziyalısı Gözəl Səfərova və İmişli Rayon Ağsaqqallar Şurasının sədr müavini Şükür Astanov da yer alıblar.
   Yubiley medalının təqdimat mərasimində çıxış edən icra başçısı bildirib ki, bu gün qürurla söyləyirik ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyev Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Ulu Öndər Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi qədirbilən xalqımız tərəfindən hər zaman ehtiramla anılır. Digər çıxış edənlər böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyindən bəhs ediblər, Ulu Öndərin siyasi davamçısı, prezident cənab İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini ifadə ediblər. Təqdimatın yekununda xatirə şəkilləri çəkdirilib.
Keçidlər