Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı tədbir keçirilib

29 avqust 2023 | 11:43
  Avqustun 28-də İmişli regional “ASAN xidmət” mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı tədbir keçirilib. Tədbir başlamamışdan öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib və Ümummilli Lider haqqında film nümayiş olunub.
  Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Ölkəmiz gənclərin inkişafı üçün bütün imkanları yaradır. Bu istiqamətdə Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti prezident cənab İlham Əliyev uğurla davam etdirir. Qeyd olunub ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi həyatın bütün sahələrində aktiv fəaliyyətləri ilə seçilirlər. Ölkəmizdə gənclər siyasəti artıq dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Bu amil qlobal rəqabətə davamlılığının vacib şərtlərindəndir. Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər əsasən gənclərimizin və yeniyetmələrimizin elmə, təhsilə yiyələnmələrinə nail olunması, intellektual səviyyəsinin artırılması, onların arasında azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunması diqqətə çatdırılıb.
  Sonda gəncləri maraqlandıran suallar cavablandırıb, bir qrup fəal gəncə sertifak və diplomlar təqdim olunub.
Keçidlər