Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər davam etdirilir

17 fevral 2023 | 16:48
   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ümumrespublika miqyasında böyük ruh yüksəkliyi ilə qeyd olunmaqdadır. İmişli rayonunda da “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər yüksək səviyyədə davam etdirilir. Belə ki, fevralın 17-də İmişli şəhər Yadulla Quliyev adına 4 saylı uşaq bağçasında “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov iştirak ediblər.
  Tədbir başlamamışdan öncə dövlət himni səsləndirilib, Ulu öndərin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Ulu öndər Heydər Əliyevin uşaqlara olan məhəbbətinin təzahürindən söhbət açıblar, uşaqlara hər zaman diqqət və qayğı göstərildiyindən, onların düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilməsindən danışıblar. Sonra tədbir iştirakçıları Ulu öndərin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmə tamaşa ediblər. Tədbir 4 saylı uşaq bağçasının körpələrinin ifalarında müxtəlif kompozisiyalarla davam etdirilib. Tədbirin sonunda 4 saylı uşaq bağçasının pedaqoji kollektivi və körpələrlə xatirə şəkilləri çəkdirilib.
 
 
 
 
 
Keçidlər