Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Heydər Əliyev İli”nə həsr olunmuş şahmat turniri keçirilib

10 mart 2023 | 15:53
   Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının İmişli Rayon Komitəsinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib. “Heydər Əliyev İli” ilə əlaqədar silsilə təbirlər çərçivəsində keçirilən bu yarışda DİİXİ Həmkarlar İttifaqının İmişli Rayon Komitəsinin əhatə etdiyi idarə, müəssisələrin məsul əməkdaşları iştirak ediblər.
  Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır və ölkəmizdə zəngin tarixə malik şahmatın inkişaf strategiyasının əsası ötən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikada ilk şahmat məktəbləri inşa olunub, istedadlı şahmatçılara müxtəlif yarışlarda iştirak etmək üçün şərait yaradılıb. Çıxışlardan sonra turnirə start verilib. Yarış olimpiya sistemi əsasında keçirilib. Qalib olan iştirakçılar isə qiymətli hədiyyələrlə təltif olunublar.
Keçidlər