Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirilir

06 fevral 2023 | 17:00
    06 fevral tarixində İmişli rayonunun Heydər Əliyev Mərkəzində İmişli Rayon İcra Hakimiyyətinin və Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun ümummilli liderin həyat yolundan bəhs edən "Əbədiyyat dastanı" poeması əsasında ssenariləşdirilmiş "Ən uca və ölməz düha" adlı tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, İmişli rayonunun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, rayon ictimaiyyəti və mədəniyyət işçiləri iştirak ediblər.
    Tədbir başlamamışdan öncə dövlət himni səsləndirib. Çıxış edənlər ulu öndər Heydər Əliyevin həyat yoluna nəzər salıb, milli oyanış və milli ruhun canlanması yolunda göstərdiyi fədakarlıqlardan söhbət açıb. Tədbirdə mədəniyyət işçiləri tərəfindən Heydər Əliyevin həyat yoldaşı görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş "Ana", "Həkim qız" və dahi insan Heydər Əliyeva həsr olunmuş "Məşəl kimi yanan ürək", "Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək" mahnıları və muğamlar ifa olunub, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Tədbirin sonunda icra başçısı mədəniyyət işçilərinin təqdim etdikləri kompozisiyalardan məmnun olduğunu ifadə edib və xatirə şəkilləri çəkdirilib.
 
 
 
 
 
Keçidlər