Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

06 aprel 2023 | 16:22

  Aprelin 6-da İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. İmişli Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi işçilərinin iştirakı ilə keçirilən ağacəkmə aksiyası İmişli şəhərinin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ayrılmış ərazidə təşkil edilib. Aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, eləcə də insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub. Aksiya çərçivəsində ərazidə xeyli sayda şam ağacı əkilib və suvarma işləri aparılıb.

Keçidlər