Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Heydər Əliyev ili” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qalibləri təltif olunub

26 dekabr 2023 | 17:58
  Dekabrın 26-da “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqədə İmişli rayonundan olan qaliblərin mükafatlandırılması məqsədi ilə tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının, İmişli Təhsil sektorunun əməkdaşları, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri, valideynlər, fəal gənclər iştirak ediblər.
  Tədbirdə çıxış edənlər Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğu diqqətə çatdırıblar. Həmçinin bildirilib ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq isə hər bir azərbaycanlının vəzifəsidir. Daha sonra keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar müsabiqələrin qaliblərinə qiymətli hədiyyələr təqdim edilərək, onların hər birinə təhsildə və gələcək həyatlarında uğurlar arzulanıb. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
Keçidlər