İmişlidə Heydər Əliyev adına istirahət parkında əsaslı təmir-bərpa işləri davam edir
18 yanvar 2024 | 19:34
İmişli rayonu ərazisindəki xiyaban və parklarda son vaxtlar aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri hal-hazırda da davam etdirilməkdədir. Belə ki, İmişli şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan istirahət parkında yenidənqurma işlərinə başlanılıb. Hazırda parkın ərazisində layihə üzrə müasir üslubda səki daşları, döşəmə plitələri düzülərək gediş-gəliş hissələri ayrılır və Ümümmilli Liderin büstündə, eləcə də onun ətraf hissəsində müasir üzlük daşlarından ibarət bərpa-restovrasiya işləri aparılır. Parkda fontanlar təmir edilib, avadanlıq və ehtiyat hissələri dəyişdirilib. Xüsusi sualtı işıqlandırma sistemi ilə effekt veriləcək fontanlar estetik baxımdan daha maraqlı görsənəcəkdir. Bununla yanaşı əraziyə münbit torpaq daşınıb, həmin sahədə dekorativ bitki kollarının əkilməsi nəzərdə tutulub. Eyni zamanda müasir işıqlandırma sisteminin qurulması layihədə öz əksini tapmışdır.
Yaxın günlərdə parkda layihə üzrə aparılan işlər yekunlaşdırılacaqdır.