İmişlidə Füzulidən olan məcburi köçkünlərlə görüş keçirilib
Ötən həftə İmişli RİH başçısının birinci müavini Mirzə Quliyev, İmişli RİH-nin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İmişli rayonu ürzə nümayəndəliyinin əməkdaşları və rayon ərazisində məcburi köçkün kimi müvəqqəti məskunlaşmış Füzuli sakinlərinin iştirakı ilə köç prosesinə aid sakinlər arasında məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə görüş keçirilib. Gürüş başlamamışdan əvvəl canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə prezident cənab İlham Əliyevin tapşırığı əsasında genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin geri dönüşünə hazırlıq görüldüyü bildirilib. Bu məqsədlə icrasına başlanılmış Dövlət Proqramının işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğunun təmin edilməsinə xidmət etdiyi diqqətə çatdırılıb. Səmimi qəbula görə minnətdarlıq edən sakinlər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar hamılıqla doğma yurda qayıdıb, orada daimi yaşamaq istədiklərini qeyd ediblər.