Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd edilib

16 dekabr 2025 | 13:14
   Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən hər il dekabrın 16-sı ölkəmizdə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Elgün Əhmədov, idarənin kollektivi, YAP İmişli rayon təşkilatının sədri, eləcə də rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
   Xatırladaq ki, Prezident İlham Əliyevin FHN-in yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi, nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamları, tapşırıq və tövsiyələri, eləcə də dövlətimizin başçısının nazirliyin fəaliyyətiilə bağlı bir sıra tədbirlərdə iştirakı bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısının ardıcıl diqqət və qayğısı nəticəsində Fövqəladə Hallar Nazirliyi maddi-texniki cəhətdən hərtərəfli təmin edilmiş, qarşısına qoyulan məsuliyyətli vəzifələrin öhdəsindən uğurla gəlməyə qadir olan çevik və mobil quruma çevrilmişdir. Fövqəladə Hallar Nazirliyinin bütün əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.
Keçidlər