Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Fövqaladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən müşavirə keçirilib

28 noyabr 2023 | 17:20
   Ötən gün İmişli rayonunda Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin iştirakı ilə İmişli Rayon İcra Hakimiyyətində və Mil-MuğanRegional Təhsil İdarəsinin İmişlirayon təhsil sektorunda “2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.Tədbirlərdə İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev,FHN-nin Muğan Regional Mərkəzinin, İmişli rayon təhsil sektorunun və yerli özünüidarəetmə orqanlarının əməkdaşları, mülkiyyət formasından aslı olmayaraq idarə, müəssisə və təşkilat rəhbərlərinin,o cümlədən aidiyyəti rayon xidmətlərinin və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
  Çıxış edənlər tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.Həmçinin, FHN-nin Muğan Regional Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verilib.İnteraktiv formada keçirilən tədbiriştirakçıların mövzu ətrafında geniş müzakirələri ilə davam etdirilib.
Keçidlər