Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə fevral ayında nəzərdə tutulan birinci səyyar qəbul Sarıxanlı kəndində keçirilib

07 fevral 2023 | 18:01
      Fevralın 7-də əhalinin problemlərinin yerində həll olunması məqsədilə RİH başçısı Elçin Rzayev rayonun Sarıxanlı kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib. Səyyar görüşdə icra başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
   İcra başçısı kənd sakinlərini salamlayaraq görüşün əsas məqsədinin vətəndaşları narahat edən məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu vurğulayıb. İcra başçısı həmçinin rayonumuzda aparılan yenidənqurma işləri ilə əlaqədar sakinlərə ətraflı məlumat verib. Sonra vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərə aydınlıq gətirilərək həlli mümkün müraciətlər yerindəcə həll edilib, icra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara həvalə edilib. Qəbulun sonunda kənd sakinləri onların problemlərinin həlli ilə bağlı yerlərdə keçirilən görüşdən razı qaldıqlarını bildiriblər.
Keçidlər