Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilib

13 sentyabr 2023 | 17:03
  Bu gün İmişli rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş, “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilib. Konfransda İmişli RİH başçısı Elçin Rzayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun şöbə rəisi, texniki elmlər namizədi, dosent Xıdır İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, görkəmli dövlət xadiminin əziz xatirəsi böyük ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzində çıxışlar dinlənilib.
  Çıxış edənlər bildiriblər ki, Ümumilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin sentyabr ayının 20-də “Əsrin müqaviləsi” kimi möhtəşəm neft müqaviləsi imzalandı. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi. Qeyd olunub ki, 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. “Əsrin müqaviləsi” Ulu Öndərin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dahi şəxsiyyətin ikinci şah əsəri oldu. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə görülən işlər, siyasi və iqtisadi islahatlar, milli maraqların gerçəkləşməsi üçün qətiyyətli və ardıcıl mübarizə gələcəyimizə böyük inam və etibarlı təminat yaradır.
Keçidlər