Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə "ƏMAS-ın imkanları və yeniliklər" mövzusunda maarifləndirici tədbir keçirilib

25 sentyabr 2024 | 17:40

   Sentyabrın 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan regional şöbəsinin və İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "ƏMAS-ın imkanları və yeniliklər" mövzusunda maarifləndirmə tədbiri keçirilib. Görüşdə İmişli rayonu ilə yanaşı Saatlı, Sabirabad və Beyləqan rayonlarından olan yüzə yaxın işəgötürən iştirak edib. Tədbir zamanı Əmək və Məşğulluq altsisteminin imkanları, eləcə də yeniliklərlə bağlı işəgötürənlərə ətraflı məlumat verilib, sözügedən altsistemin iş prinsipi ilə bağlı detallara aydınlıq gətirilib. İmişli RİH-nin başçısının müavini Ruslan Məmmədov prezident cənab İlham Əliyevin 2017-ci il, 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ın icrası ilə bağlı regionlarda işlərin davam etdirildiyini bildirərək, əmək münasibətlərinin təkmilləşdirilməsi sahəsində İmişli RİH tərəfindən zəruri tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb. Daha sonra “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verilib. Sonda qeyri-formal məşğulluqla mübarizə və işəgötürənlərlə əməkdaşlıq sahəsində səmərəli fəaliyyətin təşkili istiqamətində iştirakçıların sualları cavablandırılıb.

Keçidlər