Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

22 noyabr 2025 | 11:56
   Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 107-ci illiyi tamam olur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Regional Ədliyyə İdarəsinin rəisi İsgəndər Orucov, YAP İmişli rayon təşkilatının sədri, eləcə də rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
   Xatırladaq ki, son illərdə ədliyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və şəffaflığın artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bu müddət ərzində ədliyyə orqanlarının fəaliyyəti müasir tələblərə uyğunlaşdırılmış, rəqəmsal həllərin tətbiqi və elektron xidmətlərin əlçatanlığının genişləndirilməsi əsas prioritetlərdən olmuşdur. Ulu Öndər Heydər Əliyevin ədliyyə sisteminə göstərdiyi xüsusi diqqət və qayğı bu sahədə əsaslı islahatlara güclü təkan vermişdir. Onun rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesində ədliyyə orqanlarının rolu daha da möhkəmləndirilmiş, sistemli və səmərəli fəaliyyətin təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. Bu strateji xətt hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə ədliyyə sisteminin müasirləşdirilməsi, şəffaflığın artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində kompleks və sistemli tədbirlər həyata keçirilir.
Keçidlər