Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib

23 iyun 2022 | 08:53

Bu gün İmişli Rayon İcra Hakimiyyətində “23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbir keçirilib. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsi ziyarət olunub, önünə tər gül-çiçək dəstələri qoyularaq əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan icra başçısı bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da dövlət aparatının səmərəliliyi dövlət qulluqçularının əməyi hesabına təmin olunur. Dövlət qulluqçularının fəaliyyətinin dövlət və bütövlükdə cəmiyyət üçün əhəmiyyəti onların peşə qabiliyyətləri və mənəvi-psixoloji keyfiyyətlərinin yüksək səviyyədə olmasını tələb edir. Dövlət qulluqçuları vətəndaşla dövlətin bilavasitə təmasını təmin edən zümrədir. Prezident cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə hər il iyun ayının 23-nün dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edildiyini bildirən icra başçısı bayram münasibətilə dövlət qulluqçularını təbrik edib,  onlara uğurlar arzulayıb. Digər çıxış edənlər dövlət qulluğu sahəsində islahatların aparılmasının, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılmasının möhtərəm prezidentimiz cənab İlham Əliyevin daima diqqətində olduğunu vurğulayıblar.

Tədbirin sonunda Həmkarlar İttifaqı adından İmişli Rayon İcra Hakimiyyətinin aparatında çalışan bütün dövlət qulluqçularına qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər