İmişlidə Dövlət Miqrasiya Xidmətinin Şirvan Regional Miqrasiya İdarəsi tərəfindən maarifləndirici tədbir keçirilib
05 dekabr 2024 | 17:04
Ötən gün Dövlət Miqrasiya Xidmətinin Şirvan Regional Miqrasiya İdarəsi tərəfindən “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin növləri, tənzimlənməyən vəziyyətdə olan miqrantların leqallaşdırılması prosedurları” mövzusunda İmişli regional “ASAN xidmət” mərkəzində maarifləndirici tədbir keçirilib. Tədbirdə, İmişli Rayon İcra Hakimiyyətinin, Şirvan Regional Miqrasiya İdarəsinin məsul işçiləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.
Xidmətin əməkdaşları tərəfindən, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşama icazələrin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, vətəndaşlıq məsələləri ilə bağlı mövcud qanunvericilik haqqında məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin, Dövlət Miqrasiya Xidmətinin yaranması və fəaliyyət istiqamətləri, tənzimlənməyən miqrasiyaya qarşı Xidmət tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumatlar verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.