Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Dövlət idarəçiliyində və mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiqi” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib

25 sentyabr 2026 | 11:41

   İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Dövlət idarəçiliyində və mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiqi” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib.Tədbir İmişli Rayon N.Şirinov adına məktəb-liseydə təşkil olunub.
    Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri,təhsil işçiləri və digər iştirakçılar mövzu ətrafında çıxış edərək Azərbaycan dilinin dövlət dili kimi təşəkkülü və inkişafında Ümummilli Lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayaraq, dövlət dilinə qayğı göstərilməsinin hər bir vətəndaşın, xüsusilə də dövlət qulluqçularının və media nümayəndələrinin mühüm vəzifəsi olduğunu bildiriblər.Tədbir çərçivəsində iştirakçılara Azərbaycan dövlət dilinin tarixi inkişafı,saflığının qorunması və rəsmi idarəçilikdə düzgün tətbiqinə həsr olunmuş maarifləndirici videoçarx nümayiş etdirilib. Tədbirin sonunda dövlət dilimizin idarəetmə və media məkanında düzgün istifadəsi, nitq mədəniyyətinin yüksəldilməsi istiqamətində belə maarifləndirici görüşlərin davamlı təşkil olunmasının vacibliyi diqqətə çatdırılıb.

Keçidlər