İmişlidə “Dövlət-din münasibətlərinin tənzimlənməsində dini icmaların rolu” mövzusunda tədbir keçirilib
16 dekabr 2022 | 18:50
Dekabrın 16-da İmişlidə “Dövlət-din münasibətlərinin tənzimlənməsində dini icmaların rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK sədrinin müavini Səyavuş Heydərov, İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov ölkəmizdəki tolerant və multikultural mühitin bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul olunduğunu bildirib. DQİDK-nın sədr müavini Azərbaycan dövlətinin din siyasətinin əsas prioritet istiqamətlərindən danışaraq vurğulayıb ki, dövlətin bu sahədə başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsi, həmçinin respublikamızda milli dini kadrların hazırlanmasıdır. O, bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının, din xadimlərinin maddi təminatının yüksəldilməsi üçün onlara maddi dəstək verilməsinin Prezident cənab İlham Əliyev tərəfindən atılmış uzaqgörən, məntiqli və mütərəqqi addım olduğunu diqqətə çatdırıb. Komitə rəsmisi vurğulayıb ki, dinin tərbiyəvi tərəflərinin, Vətənə, ailəyə sevgi, böyüklərə hörmət, saflıq, dürüstlük kimi milli-mənəvi dəyərlərimizlə səsləşən əxlaqi prinsiplərinin insanlara, xüsusilə mənəvi şüuru formalaşmaqda olan gənc nəslə çatdırılmasında din xadimlərinin üzərinə önəmli bir vəzifə düşür.
Tədbir müzakirələrlə yekunlaşıb.