Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə daha bir küçənin avtomobil yolu yenidən qurulub

20 iyul 2022 | 11:22

      İmişli şəhəri ərazisində avtomobil yollarının yenidən qurulması istiqamətində görülən işlər davam etdirilir. Belə ki, N.Nərimanov, R.Əliyev və T.Fərmanov küçələrinin əsaslı təmirindən sonra əhalinin kompakt yaşayış massivində gediş-gəlişin çox olduğu nəzərə alınaraq şəhərin Q.Nəbi küçəsində əsaslı təmir işlərinin aparılması məqsədəmüvafiq hesab edilib. Ümumilikdə uzunluğu 500 metr olan avtomobil yoluna 2500 kv.metr asfalt örtük qoyularaq sakinlərin istifadəsinə verilib.

      Qeyd edək ki, bu tədbirlərin icrası sözügedən ərazidə yaşayan əhalinin rahatlığını təmin edir və görülən işlərin vaxtında yekunlaşdırılması daima nəzarətdə saxlanılır.   

      (Q.Nəbi küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)

Keçidlər