Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə daha bir küçənin avtomobil yolları əsaslı təmir olunub

19 iyul 2022 | 11:45

     Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə İmişlidə şəhərdaxili avtomobil yollarının yenidən qurulması və yenilənməsi istiqamətində aparılan tədbirlər davam etdirilir. Belə ki, növbəti əsaslı təmir işləri şəhərin T.Fərmanov küçəsində aparılıb. Sözügedən yol uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismarda olması səbəbindən həmin yaşayış məntəqəsində yaşayan sakinlərin şəhər mərkəzinə və mərkəzi xəstəxanaya çıxışında, xüsusən də payız-qış aylarında problemlər yaşanırdı. Artıq bu problem aradan qaldırılıb. Avtomobil yolunda görülən əsaslı təmir işləri texnoloji ardıcıllıqla aparılaraq yekunlaşdırılıb və uzunluğu 350 metr olan yola 1050 kv.metr asfalt örtük qoyularaq sakinlərin istifadəsinə verilib.
      Təbii ki, yolların bərpası, eyni zamanda müasir tələblər səviyyəsində yenidən qurulması vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərir, həmçinin nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır.

Keçidlər