Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə daha bir küçənin asfaltlaşma işləri yekunlaşdırılıb

22 iyul 2022 | 10:01
     İmişlidə şəhərdaxili avtomobil yollarında aparılan əsaslı təmir işləri davam etdirilir. Belə ki, növbəti təmir işləri şəhərin uzun müddətdir əsaslı təmir olunmayan Füzuli küçəsində aparılıb. Avtomobil yolu uzunmüddətli intensiv hərəkət nəticəsində deformasiyaya uğradığından hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Bu səbəbdən də sözügedən küçənin avtomobil yollarında layihəyə uyğun olaraq görülən işlər vaxtında yekunlaşdırılıb və ümumilikdə uzunluğu 600 metr olan yola 3000 kv.metr asfalt döşənərək sakinlərin istifadəsinə verilib.
       Hazırda İmişlinin şəhərdaxili digər avtomobil yollarında əsaslı təmir işləri aparılır və görülən bu işlər müntəzəm xarakterlidir.
       (Füzuli küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)
 
 
Keçidlər