Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Bu zəfərin mübarək ey Vətən!” adlı tədbir keçirilib

09 noyabr 2024 | 11:19
   Ötən gün İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 noyabr - Zəfər Günü” ilə bağlı “Bu zəfərin mübarək ey Vətən!” adlı tədbir keçirilib. Tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilərlə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Salahlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayon Axsaqqallar Şurasının sədri Saleh Səmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir başlamamışdan öncə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
   Tədbiri giriş sözü ilə açan icra başçısı 8 noyabr – Zəfər Gününün xalqımızın qürur mənbəyinə çevrildiyini qeyd edərək bayram münasibətilə təbriklərini çatdırıb. İcra başçısı həmçinin 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərin və lokal antiterror tədbirlərinin uğurlu nəticəsindən söz açaraq Qarabağda suverenliyimizin tam bərpasının böyük rəmzi məna daşıdığını diqqətə çatdırıb. Digər çıxış edənlər Zəfər bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərək, əldə olunan qələbənin nəinki Azərbaycan, həmçinin dünya hərb və diplomatiya tarixinin ən unikal hadisələrindən biri olduğunu diqqətə çatdırıblar. Həmçinin, Vətən müharibəsində hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlardan bəhs ediblər, onların işıqlı xatirəsi bir daha anılıb. Tədbir mədəniyyət və incəsənət işçilərinin ifalarında davam etdirilərək bir-birindən maraqlı kompozisiya və musiqi nümunələri nümayiş olunub. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər