Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Böyük Vətən müharibəsi iştirakçısı ziyarət olunub

09 may 2023 | 17:29
     Böyük Vətən müharibəsində qazanılmış qələbədə Azərbaycanın və azərbaycanlıların tarixi xidmətləri vardır. Yüz minlərlə soydaşımız faşizmə qarşı qəhrəmanlıqla vuruşub, ölkəmizin təbii sərvətləri müharibəyə səfərbər olunub. Qələbənin qazanılmasında iştirak etmiş veteranlar dövlətimiz tərəfindən daim yüksək diqqət və qayğı ilə əhatə olunub. Respublikamızın hər yerində olduğu kimi, İmişli rayonunda da müharibə veteranları daim diqqət və qayğı ilə əhatə olunublar.
     Mayın 9-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev RİH-nin məsul işçiləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Böyük Vətən müharibəsinin iştirakçısı, rayonun Qaralar kəndindən olan Nuriyev Nəbi Balı oğlunu faşizm üzərində tarixi Qələbənin 78-ci ildönümü münasibətilə evində ziyarət edib. Görüş zamanı icra başçısı və digər iştirakçılar Nəbi Nuriyevi tarixi qələbə münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar. Qəhrəman veteran görüşdə Böyük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, gələn qonaqlara göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Ziyarət zamanı çıxış edənlər bildiriblər ki, ikinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqı misilsiz xidmətlər - ön və arxa cəbhədə qəhrəmanlıq və şücaət göstərmişdir. Qeyd olunub ki, Məhz Ulu Öndər Heydər Əliyev 1993-cü ildə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra o zaman az qala unudulmaqda olan "9 May - Qələbə Günü" yenidən dövlət bayramları sırasına daxil edilmiş və bu gün də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Böyük Vətən Müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülməkdədir.
Keçidlər