Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Biz həmişə sizinləyik!” bədii-sənədli filmin təqdimatı keçirilib

23 sentyabr 2023 | 10:35
  Sentyabr 22-də İmişli rayonunun Heydər Əliyev Mərkəzində “Qayıdış” İctimai Birliyi tərəfindən şəhid mayor Emin Süleymanovun əziz xatirəsinə  həsr edilmiş, “Biz həmişə sizinləyik!” adlı qısametrajlı bədii-sənədli film təqdim edilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, Qarabağ qaziləri, müəllim kollektivi və rayon ictimaiyyəti iştirak ediblər.
  İlk öncə tədbirdə dövlət himni səsləndirilib, sonra şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsi və şanlı ordumuzun sonuncu lokal antiterror əməliyyatında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi qələbədən, şanlı zəfərdən söhbət açıblar. Eyni zamanda rayonda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi sahəsində görülmüş işlərdən, həyata keçirilən layihələrdən danışılıb. Sonra film nümayiş olunub. Maraqlı süjet xəttinə malik olan filmdə, şəhidin ruhu uşaqlıq illərini, oxuduğu orta məktəbi ziyarət edir, əzizləri ilə görüşür və kadr arxasından öz həyatını danışır. Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan sənədli filmin layihə rəhbəri Şəkər Tağıyeva, ssenari müəllifi Xaqani Əliyev, rejissoru Namiq Ağayevdir.
Keçidlər