Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Siyavuş İsmayılovun yas mərasimi qeyd olunub

15 may 2024 | 12:45
   Mayın 15-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İsmayılov Siyavuş Eldar oğlunun yas mərasimində iştirak edib. Mərasimdə icra başçısı ilə yanaşı şəhid ailələri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və sakinlər iştirak ediblər.
  Mərasim zamanı icra başçısı yas sahiblərinə İmişli Rayon İcra Hakimiyyətinin kollektivi və mərasim iştirakçıları adından dərin hüznlə başsağlığı verib, şəhid ailəsinin qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Qeyd edib ki, Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə ilə 30 illik vətən həsrətinə son qoyuldu, bütün şəhidlərimizin qisası döyüş meydanında alındı. Şəhidlərimizin əziz xatirələrinin bundan sonra da daim əziz tutulacağını vurğulayan icra başçısı illər keçsə də, doğmaları ilə yanaşı, bütün Azərbaycan xalqının onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəyini diqqətə çatdırıb. Şəhidimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
   Allah rəhmət eləsin!
Keçidlər