Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Mürşüd Nərimanovun yas mərasimi qeyd olunub

23 avqust 2026 | 13:43
 
       Avqustun 23-də Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Nərimanov Mürşüd Nadir oğlunun yas mərasimi keçirilib. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP İmişli rayon təşkilatının sədri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları və sakinlər iştirak ediblər.
       Mərasim zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ruhuna dualar oxunub, ailə üzvlərinə səbir dilənilib. Qeyd olunub ki, Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə ilə 30 illik vətən həsrətinə son qoyuldu, bütün şəhidlərimizin qisası döyüş meydanında alındı. Şəhidlərimizin əziz xatirələrinin bundan sonra da daim əziz tutulacağı, doğmaları ilə yanaşı, bütün Azərbaycan xalqının onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəyi diqqətə çatdırılıb. Şəhidimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
         Allah rəhmət eləsin!
Keçidlər