İmişlidə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Elçin Heydərovun yas mərasimi qeyd olunub
03 noyabr 2025 | 08:56
Noyabrın 2-də Birinci Qarabağ müharibəsində itkin düşmüş, İmişli rayonunun Ağaməmmədli kəndindən olan şəhid Heydərov Elçin Ağamməd oğlunun yas mərasimi keçirilib. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri ilə yanaşı, şəhid ailələri, şəhidin doğmaları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim zamanı iştirakçılar yas sahiblərinə dərin hüznlə başsağlığı verib, şəhidin ailəsinə səbir və dözüm arzulayıblar. Qeyd olunub ki, Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə ilə 30 illik Vətən həsrətinə son qoyulub, bütün şəhidlərimizin qisası döyüş meydanında alınıb. Şəhidlərimizin əziz xatirələrinin bundan sonra da daim uca tutulacağı vurğulanıb. Bildirilib ki, illər keçsə də, doğmaları ilə yanaşı, bütün Azərbaycan xalqı onları hər zaman böyük minnətdarlıq hissi ilə yad edəcək. Şəhidimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!






