Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Vəliyev İbrahim Ələşrəf oğlu ilə vida mərasimi keçirilib

19 iyul 2024 | 18:18
   İyulun 19-da Birinci Qarabağ müharibəsində itkin düşmüş İmişli rayonunun Muradxanlı kənd sakini Vəliyev İbrahim Ələşrəf oğlunun meyitinin qalıqları Muradxanlı kənd qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun doğmaları ilə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər. Mərasim zamanı mərhumun ruhuna dualar oxunub, yaxınlarına səbr dilənib. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və xatirəsinə ehtiram əlaməti olaraq yaylım atəşi açılıb. Sonra icra başçısı Elçin Rzayev təsəlli olaraq mərhumun oğlu Fəqan Vəliyevə cənazəyə bükülən Dövlət bayrağını təqdim edib. Bildirib ki, 30 il keçməsinə baxmayaraq dövlətimiz I Qarabağ müharibəsində itkin düşən hər bir vətəndaşın kimliyinin müəyyənləşdirilməsi məsələsinə ciddi yanaşır, bu istiqamətdə bütün mümkün və zəruri addımları atır. Rəşadətli Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində Vətən torpaqlarımızın işğaldan azad olunması ilə şəhidlərimizin, eləcədə İbrahim kimi digər soydaşlarımızın qanının yerdə qalmadığını diqqətə çatdırıb.
    Allah rəhmət eləsin!
Keçidlər