Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Bilik Günü” qeyd olunub

15 sentyabr 2025 | 11:51
  Sentyabrın 15-də Azərbaycanda ənənəvi olaraq “Bilik Günü” qeyd olunur. Bu münasibətlə İmişli rayonunun bütün ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdə İmişli Rayon İcra Hakimiyyətinin və İmişli Təhsil Sektorunun məsul əməkdaşları, məktəb direktorları, müəllim və şagird kollektivləri, valideynlər, eləcə də məktəbə ilk dəfə qədəm qoyan birincilər iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladlarımızın xatirələri bir dəqiqəlik sükutla yad olunub.
  Çıxış edənlər şagird və müəllim kollektivinə, xüsusilə də birincilərə yeni tədris ilində uğurlar arzulayıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin təhsilə göstərdiyi xüsusi diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda vurğulanıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsilin inkişafı istiqamətində mühüm layihələr reallaşdırılır.
   Tədbir çərçivəsində məktəblilərin hazırladıqları bədii kompozisiyalar maraqla izlənilib və alqışlarla qarşılanıb. Daha sonra ilk zəngin səslənməsi ilə şagirdlər siniflərə daxil olaraq yeni dərs ilinə başlayıblar. Qeyd edək ki, rayonun bütün ümumtəhsil məktəblərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunub.
Keçidlər