Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə aztəminatlı ailələrin övladlarına məktəbli geyim və ləvazimatlar təqdim olunub

08 sentyabr 2026 | 19:21

   Sentyabrın 8-də İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü və "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin dəstəyi ilə İmişli rayonunda yaşayan aztəminatlı ailələrə yardımlar ünvanlarında təqdim olunub. Belə ki, 70 aztəminatlı ailənin övladları məktəbli geyimləri, eyni zamanda məktəb ləvazimatları ilə təmin olunublar. İcra Hakimiyyətinin məsul şəxsi Məhəmmədəli Sarıyev və İctimai Birliyin sədri Yasəmən Qəyyumlu ailələrlə görüşərkən onların qayğıları ilə də maraqlanıblar, həmçinin yeni dərs ilində uşaqlara uğurlar arzulayıblar.

Keçidlər