İmişlidə “Azəriqaz" İB-nin növbəti “Açıq mikrofon” aksiyası keçirilib
12 sentyabr 2022 | 13:11
Bu gün SOCAR "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası İmişli rayonununda baş tutub. Birliyin Salyan Regional Qaz İstismar İdarəsinin rəis müavini Ümüdvar Rüstəmov, baş mühəndisi Ramin Səfərov və Birliyin digər məsul şəxsləri sakinlərin qaz təchizatı ilə bağlı problem və təkliflərini yerindəcə dinləyiblər.
Vətəndaşlar "Açıq mikrofon" aksiyasının imkanlarından istifadə edərək ödənişli sayğacın (mexaniki tipli), əvvəlcədən ödənişli sayğac (smart-kart tipli) ilə əvəz olunmasını, yeni yaşayış massivlərinin qazlaşdırılmasını xahiş ediblər. Sakinlər mavi yanacaqdan istifadənin hər zaman lazım olduğunu, əsasən payız-qış mövsümlərində isə daha vacib olduğunu bildiriblər. Birlik rəsmiləri vətəndaşlara qazlaşdırılma işlərinin bütün ölkə ərazisində mərhələli şəkildə həyata keçirildiyini bildiriblər.
Qeyd edək ki, daxil olan bütün müraciətlərlə bağlı da köməklik olunmasına dair yerindəcə göstəriş verilib.