Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib

02 iyul 2022 | 11:46

        Bu gün Azərbaycan Polisi Günü münasibətilə İmişli Rayon Polis İdarəsinin inzibati binasında tədbir keçirilib. Tədbirdə RİH başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də Rayon Polis Şöbəsinin əməkdaşları iştirak ediblər.

       Öncə Vətən müharibəsi zamanı şəhid olan qəhrəmanlarımızın xatirələri  bir dəqiqəlik sükutla yad edilib. Rayon Polis Şöbəsinin rəisi Füzuli Şıxəliyev çıxış edərək hüquq-mühafizə orqanlarına göstərdiyi dəstəyə, diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan Respublikasının müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi işinə sədaqətlə xidmət edəcəklərini, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyət göstərəcəklərini, polis adını şərəflə qoruyacaqlarını bildirib.Tədbirdə çıxış edən icra başçısı Azərbaycan Polisi Günü münasibətilə hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edib, Azərbaycan polisinin Ulu Öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğunu bildirib və bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu qeyd edib. Tədbirin sonunda səmərəli fəaliyyətləri ilə fərqlənən Rayon Polis Şöbəsinin bir sıra əməkdaşları Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif olunub.

Keçidlər