Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası mövzusunda tədbir keçirilib

28 avqust 2024 | 13:12
   Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq avqustun 27-də “Aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda tədbir keçirilib. Tədbirdə İcra Hakimiyyəti ilə yanaşı Gigiyena və Epidemiologiya Mərkəzinin, Qida Təhlükəsizliyi Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, fermerlər və sahibkarlar iştirak ediblər.
   Tədbirdə iqlimə uyğun kənd təsərrüfatı və qida məhsullarının innovasiyaları sisteminə sərmayələri artırmaqla qlobal iqlim dəyişikliyinin aqrar sektora mənfi təsirlərinin azaldılması məsələləri müzakirə olunub. İqlim dəyişikliyinin aqrar sahəyə mənfi təsirlərini azaltmaq, mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etmək üçün müasir texnologiyalardan istifadənin daha da genişləndirilməsinin önəmindən bəhs edilib. Çıxışlarda Azərbaycanın aqrar sahədə böyük potensiala malik olması, bu sektorda fəaliyyət göstərən kiçik və orta sahibkarların müvafiq sahədə yeniliklər və dəyişikliklər barədə məlumatlandırılmasının önəmi vurğulanıb. Tədbir müzakirə formatında davam etdirilib.
Keçidlər