Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Aprel döyüşləri şəhidi Cavid Dədəkişiyevin əziz xatirəsi anılıb

11 aprel 2026 | 22:18
    Aprelin 11-də İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, RİH-nin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş baş leytenant Cavid Gülbaba oğlu Dədəkişiyevin ailəsini ziyarət ediblər. Ziyarət zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ailə üzvlərinə səbir dilənib. Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbi qulluqçularımızın döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb. Bildirilib ki, Aprel döyüşlərində qazanılan qələbənin davamı olaraq Vətən müharibəsi və Antiterror tədbirləri zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları ilə işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalandırılıb, şəhidlərimizin qisası düşməndən alınıb. Şəhidimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
      Allah rəhmət eləsin!
Keçidlər