Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə aparılan düzgün iqtisadi islahatlar nəticəsində sənaye sektorunun inkişafına və biznes mühitinin yaxşılaşdırılmasına maraq artıb

15 iyul 2022 | 19:26
     Coğrafi baxımdan Azərbaycanın bərəkətli torpaqlarından birində yerləşən İmişli rayonu Azərbaycan müstəqillik əldə etdikdən sonra öz imkanlarını yeni dövrün tələblərinə uyğun qurmağa başladı. Belə ki, bütünlüklə kənd təsərrüfatı rayonu kimi mövcud olan və bütün təsərrüfat subyektləri də məhz bu istiqamətdə fəaliyyət göstərən İmişli rayonunda aparılan düzgün iqtisadi islahatlar nəticəsində sənaye sektorunun inkişafına və biznes mühitinin yaxşılaşdırılmasına maraq artmışdır. Bunun nəticəsində də İmişli rayonundakı müvafiq sahələr üzrə makroiqtisadi göstəricilərdə artım müşahidə edilmişdir. Eyni zamanda İmişli rayonu son illər yerli gəlirlər hesabına öz xərclərini özü ödəyir və dövlət büdcəsindən dotasiya almır.
     Aşağıda göstərilən cədvəllərdə İmişli rayonu üzrə 2020-2021-2022-ci illərin l rübü üzrə əsas makroiqtisadi göstəricilərin və iqtisadiyyatın əsas sahələri üzrə istehsal edilmiş məhsullar haqqında müqayisəli məlumatlar əks olunub.
Keçidlər