Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə antiterror əməliyyatları şəhidi Ucal Babaşovun ikinci ildönümü qeyd olunub

22 sentyabr 2025 | 15:56
  Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, eləcə də rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş Babaşov Ucal Nərbala oğlunun ikinci ildönümü münasibətilə onun doğulub boya-başa çatdığı və ailəsinin yaşadığı İmişli rayonunun Xəlfəli kəndində keçirilən anım mərasimində iştirak ediblər.
  Mərasim zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub, ruhuna dualar oxunub, ailə üzvlərinə səbir dilənib. Mərasimdə həmçinin şəhidimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb. Şəhid atası Nərbala kişi oğlunun xatirəsinin daim yad edilməsini, Ucalın simasında bütün şəhidlərimizə göstərilən hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib və hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarına görə razılığını ifadə edib
   Allah rəhmət eləsin!
Keçidlər