Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə antiterror əməliyyatları şəhidi Ucal Babaşovun doğum günü qeyd olunub

09 aprel 2024 | 18:59
     Aprelin 9-da antiterror əməliyyatları şəhidi Babaşov Ucal Nərbala oğlunun doğum günü məzarı yanında qeyd olunub. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və şəhidin yaxınları iştirak ediblər. Ziyarətçilər şəhidimizin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Sonra ziyarətçilər şəhidimizin ata ocağında, böyüyüb boya-başa çatdığı evdə olublar. Qəhrəman şəhidimizin xatirəsinə yaradılmış guşə ilə tanış olaraq igid Vətən oğlunun keçdiyi döyüş yoluna nəzər salıblar. Mərasim zamanı həmçinin qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılıb. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Ucalın xatirəsinin bundan sonra da daim əziz tutulacağı, dövlətin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağı vurğulanıb.
    Xatırladaq ki, şəhidimiz Babaşov Ucal Nərbala oğlu 1995-ci ilin aprel ayının 9-da İmişli rayonunun Xəlfəli kəndində anadan olub. Antiterror əməliyyatları zamanı Xocalı rayonunun Dəhrəz kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Keçidlər