Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Anım Günü” ərəfəsində Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib

26 sentyabr 2026 | 17:08
   Sentyabrın 26-da İmişli şəhərinin N.Savalanov küçəsinin və rayonunun cənub giriş qapısının sağ və sol zolaqlarında ağacəkmə aksiyası keçirilib. 44 günlük Vətən Müharibəsində canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinə həsr olunan aksiyada İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev, RİH başçısı Aparatının əməkdaşları,      İmişli MKTİB-nin işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Həyata keçirilən aksiya zamanı qeyd olunan əraziyə 210 ədəd müxtəlif növ ağac əkilib, yeni əkilən tinglər suvarılıb və ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib.
  Qeyd edək ki, vətənimizin bu mərd, cəsur övladarı ali bir amal - Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərin xatirəsi daim uca tutulur, şəhid ailələri isə dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər