Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə ali məktəblərə qəbul imtahanında yüksək bal toplamış məzunlarla görüş keçirilib

11 sentyabr 2023 | 16:40

   Sentyabrın 11-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev   yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olan  gənclərlə, eyni zamanda nüfuzlu müsabiqələrdə iştirak edərək yüksək nəticələr göstərmiş şagirdlərlə görüşüb. İmişli Rayonunun Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə icra başçısı ilə yanaşı İmişli Rayon Təhsil Sektorunun müdiri Kərim Kərimov, məktəb direktorları, valideynlər, məzunlar, şagirdlər və rayon ictimaiyyəti iştirak ediblər. 
  Görüşdə icra başçısı çıxış edərək Azərbaycan təhsilinin sürətli inkişafının məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğundan, prezident cənab İlham Əliyevin müəllimlərə xüsusi diqqət və qayğı ilə yanaşmasından və həmin yanaşmanın təhsilimizə olan qayğının bir hissəsi olmasından söz açıb. Həmçinin tələbə adını qazanan bütün orta məktəb məzunlarını və nüfuzlu müsabiqələrdə iştirak edərək yüksək nəticələr göstərmiş şagirdləri, onların valideynlərini və rayonumuzun bütün təhsil ictimaiyyətini qazanılmış uğurlar münasibətilə ürəkdən təbrik edib. Sonra təhsil işçiləri, məzunlar və şagirdlər çıxış edərək göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
   Sonda tələbə adını qazanmış gənclər və nüfuzlu müsabiqələrdə iştirak edərək yüksək nəticələr göstərmiş şagirdlər İmişli RİH başçısının “Fəxri Fərman”ları ilə təltif olunub, onlara qiymətli hədiyyələr təqdim edilib, gənclər və şagirdlərlə xatirə şəkli çəkdirilib.

Keçidlər