İmişlidə Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
18 aprel 2024 | 15:40
Aprelin 17-də İmişli Rayonunun Heydər Əliyev Mərkəzində Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, rayon Ağsaqqallar Şurasının üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin İmişli şəhərində adını daşıdığı istirahət parkında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Konfransı icra hakimiyyətinin başçısı Elçin Rzayev açaraq, ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan danışıb. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan icra başçısı bildirib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub. Sonra İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirovun hesabat məruzəsi dinlənilib. Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış edərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb. Şuranın sədr müavini ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Tədbirin yekununda konfrasın gündəliyində olan məsələlər müzakirə edilib