Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə ağacəkmə aksiyası baş tutub

11 noyabr 2022 | 19:05
   Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə İmişli rayonunun Şəhidlər Xiyabanı ərazisində və İmişli şəhər 8 saylı tam orta məktəbin həyətində ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib. İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayevin, Vətən müharibəsi qəhrəmanı general-mayor Kənan Seyidovun, general-mayor Rasim Babayevin, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, ərazi partiya təşkilat sədrləri və partiya fəallarının iştirakı ilə həyata keçirilən aksiyada sözügedən ərazilərə 500-ə yaxın ağac əkilib, yeni əkilən ağaclar suvarılıb və ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib.
  Qeyd edək ki, aksiyada əsas məqsəd yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığın bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verməkdir.
Keçidlər