İmişlidə “ABAD” mərkəzlərinin fəaliyyət istiqamətləri barədə məhsul istehsalçıları arasında maarifləndirici görüş keçirilib
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üçün tədbirlər planının 7.1.22-ci (“Ailə Biznesinə Asan Dəstək” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqi ilə bağlı) bəndinin icrasının təmin edilməsi məqsədilə İmişli rayonu ərazisində ayrı-ayrı məhsul istehsalçıları arasında maarifləndirici görüşlər keçirilib. Görüşlərdə İmişli RİH-nin, İmişli DAİM-nin əməkdaşları iştirak edib. Görüş zamanı “ABAD” mərkəzləri şəbəkəsinin fəaliyyət istiqamətləri, göstərdiyi dəstək xidmətləri barədə geniş izahat və ətraflı məlumat verilib, o cümlədən onların fikir və təklifləri dinlənilib, iştirakçılara maraqlı olan suallar cavablandırılıb. Görüşlər zamanı bu sahədə qəbul olunmuş yeni qanunun müddəaları barədə məlumat verilib. Görüş ailə təsərrüfatlarına məxsus olan şəxslərin “ABAD” PHŞ ilə əməkdaşlığının genişləndirilməsinin təşkili, “ABAD” mərkəzləri tərəfindən göstərilən bir çox xidmətlərin tədbiq dairəsinin genişləndirilməsi və bu sahəyə maraqlı olan hər bir vətəndaşların bu xidmətlərdən maksimum dərəcədə yararlana bilməsi məqsədilə təşkil olunub.