Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “9 Dekabr Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbir keçirilib

17 dekabr 2024 | 11:17

   Bu gün İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dekabrın 9-u Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın rayon və şəhər icra hakimiyyətləri qarşısında qoyulmuş vəzifələri geniş müzakirə olunub.
  Müzakirələrdə yerli icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayının artırılması və səmərəliliyinin yüksəldilməsi, yerli icra hakimiyyəti orqanları başçılarının aktlarının (normativ xarakterli aktlar istisna olmaqla) uçota alınması qaydalarının təkmilləşdirilməsi, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi və uçota alınma ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, haqqı ödənilən ictimai işlərə cəlbolunma ilə bağlı müraciətlərin qəbulu və baxılma prosedurlarının elektronlaşdırılması və digər məsələlər ətraflı şərh edilib.

Keçidlər