Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş idman tədbirləri baş tutub

04 noyabr 2025 | 19:09
   Noyabrın 4-də “8 Noyabr – Zəfər Günü” münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, İmişli Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə müxtəlif idman növləri üzrə rayon yarışları baş tutub.
Yarışlarda icra başçısı bildirib ki, Zəfər Günü xalqımızın birliyinin, ordumuzun qüdrətinin və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyinin parlaq təcəssümüdür. Vurğulayıb ki, gənclərin idman vasitəsilə sağlam ruhda böyüməsi, vətənpərvərlik hisslərinin möhkəmləndirilməsi və milli qələbə ruhunun yaşadılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
   Tədbir səmimi və yüksək əhval-ruhiyyə şəraitində başa çatıb.
 
   
 
 
Keçidlər