İmişlidə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
05 noyabr 2025 | 19:07
Noyabrın 5-də İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiya İmişli şəhərinin Zəfər prospektinin sağ hissəsində həyata keçirilib.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul əməkdaşları, rayon üzrə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, həmçinin ictimaiyyətin fəal üzvləri iştirak ediblər.
Aksiyanın keçirilməsində məqsəd 8 Noyabr – Zəfər Gününün əhəmiyyətini gənc nəsil arasında təbliğ etmək, ekoloji mühitin qorunmasına töhfə vermək, yaşıllaşdırma işlərini genişləndirmək və vətənpərvərlik ruhunu gücləndirməkdən ibarət olub. Aksiya çərçivəsində 200-dən çox müxtəlif növ ağac əkilib, yeni tinglər suvarılıb, ərazidəki mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.






