Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “8 noyabr- Zəfər günü”nə həsr edilmiş rəsm sərgi keçirilib

07 noyabr 2024 | 16:59

   Bu gün  İmişli şəhərində, Ulu Öndər Heydər Əliyevin adını daşıyan istirahət parkında “8 noyabr - Zəfər Günü”nə həsr olunan rəsm əsərləri və əl işlərindən ibarət sərgi keçirilib. Sərgidə şəhid ailələri, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayon Təhsil Sektorunun, Mədəniyyət Mərkəzinin məsul əməkdaşları, qazilər, Vətən müharibəsi iştirakçıları, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
    Açıq havada təşkil olunan sərginin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gündə qazandığı böyük qələbənin mahiyyətini aşılamaq, onların vətənpərvərlik ruhunda tərbiyəsi, istedadlarının üzə çıxarılması və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi işinə töhfə verməkdən ibarətdir. Çəkilmiş rəsm əsərləri və əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanılıb. Sərginin sonunda xatirə şəkilləri çəkdirilib. 

Keçidlər